Köçkünlərin öz yurdlarına qayıtması üçün bütün potensial səfərbər edilib- ÖZƏL

"44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Hazırda bu ərazilərimizdə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib.  İrimiqyaslı infrastruktur layihələr icra olunur.  Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları istifadəyə verilib.  Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa edilib.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında  keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı təşkil edilən  sorğulara diqqəti yönəldərək bildirir ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir. Bu, əlbəttə ki, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Bunu hiss edir və xoşbəxtik.
İşğaldan azad edilmiş ayrı-ayrı şəhərlərdə, kəndlərdə görülən işlərə gəldikdə isə bu ərazilərin işğaldan azad edildikləri tarixlər sanki bir hesabat xarakteri daşıyır. Qısa müddətdə, beş  ildə görülən işlərin miqyası olduqca genişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31