Hakimlərə vəsiqə Məhkəmə-Hüquq Şurası tərəfindən veriləcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. "Olaylar"in məlumatına görə,  məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə veriləcək. Hakimə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəd hesab ediləcək. Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə veriləcək. Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31