Şikayətlərə cavab verilməsi10 günə endirilsin-Təklif

Deputat Səyyad Aran ərizə və şikayətlərə cavab verilmədiyini yenidən gündəmə gətirib. "Olaylar" xəbər verir ki, bu barədə o, Milli Məclisin plenar iclasında danışıb: "Əvvəllər SSRİ-nin müxtəlif yerlərindən Leninin, naməlum əsgərin qəbrinə məktublar göndərilirdi, onlara 30 günə cavab gəlirdi. Bunun səbəbi diqqət çəkmək idi, amma indi biz qurumlara məktub göndərdikdə cavab 30 gün sonra gəlir. Ayın 1-i məktub göndərirsən, elə bil qəsdən gözləyib ayın 30-u hətta, 31-i bildirilər".

Sahibə Qafarova isə məktublara 2 həftə ərzində cavab verilməli olduğunu, əlavə araşdırmalar zamanı 30 günün lazım olduğu bildirilirb. Eyni zamanda Sahibə Qafarova Səyyad Aranda cavab ala bilmədiyi məktubların ona göndərilməsi tapşırığını verib. 
"Komitə iclasında da bu məsələni qaldırmışdınız. Mən maraqlananda cavab verildi ki, belə bir məktub olmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31