Milli Məclisin növbəti iclasının gündəliyi…
16:33 Daxili siyasətMilli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 10-da keçiriləcək.
Olaylar.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu layihəsi
2. "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
3. "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
4. "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
5. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
6. "Dövlət xidmətləri haqqında" qanun layihəsi (birinci oxunuş)
7. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsi (birinci oxunuş)
8. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
9. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
11. "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
13. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
14. Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)