Prezident İlham Əliyev Kürdəmirdə avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb
30 Sentyabr 2021 14:40 Daxili siyasətPrezident İlham Əliyev "Kürdəmir rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 km)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Olaylar.az bildirir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 km)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31