Bu restoranın sahibi 4000 manat CƏRİMƏLƏNDİ

Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.

Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.

Olaylar.az xəbər verir ki,  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən "Zirvə" restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.

Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31