Cəlilabadda yol qəzası: ölən və yaralananlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, sentyabrın 5-i saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakini R.Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əli Ağazadə orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31