Azərbaycan dünya azərbaycanlılarına sahib çııxır

Xaricdə olan hər bir azərbaycanlı bizim üçün maraqlıdır.Onlar kimdirlər, nə iş görürlər, birləşməyə maraqları varmı? Bu gün bu sualların cavabını Diasporla İş üzrə Dövlət Komitəsi çox yaxşı verə bilir və  azərbaycanlıları tanıtmaqda davam edir. Son illər bu sahədə görülən işlərə baxdıqca sanki on illərin işini görə bilirsən. Çox qısa vaxtda çox böyük addımlar atılıb.
Komitənin mətbiat xidmətinin rəhbəri Vəsilə Vahidqızının sosial şəbəkədə Malayziyanın tanınmış həkimi, Gəncə xanı Cavad xanın nəslindən olan Kazım bəy Cavadxaninin və övladlarının şəkillərini paylaşması istifadəçilərin marağına səbəb oldu. Davamında Kazım bəyin Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına verdiyi müsahibə yayımlandı.
Mən bu videoya baxdıqca Azərbaycanın öz tarixinə, insanlarına necə sahib çıxdığını gördüm. Xaricdə olan azərbaycanlılarla əlaqələrin möhkəmlənməsi, onların bizə tanıdılması çox böyük bir missiyadır.
Gəncə xanı Cavad xanın kötücəsi Kazım Cavadxani Azərbaycana olan sevgisindən, ölkəmizə gəlmək istəyindən, musiqimizə olan marağından, ailəsindən danışır, həm də Azərbaycan dilində.
Bu qənaətə gəlmək olur ki, Diasporla İş üzrə Dövlət Komitəsi və onun rəhbəri Fuad Muradov dünya azərbaycanlılarının tapılması və onların təbliği işini çox böyük ustalıqla həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31