Bir qrup işsiz şəxs üçün kiçik bizneslər yaradılıb
28 Avqust 2023 12:44 BiznesƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində Sabirabad rayonunda layihə iştirakçılarına seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, həmin rayon və ətraf rayonlar üzrə daha 20-yə yaxın işsiz şəxsə aktivlər verilməklə onlar üçün kiçik bizneslər yaradılıb. Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə avadanlıqlar verilərək kiçik bizneslərini qurmalarına dəstək göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31