KOBİA sahibkarların sərgilərdə iştirakını dəstəkləməkdə davam edir

22-26 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgi keçirilib. KOBİA-dan "Olaylar"a bildirilib ki, Məkkə Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş sərgidə 20-dən çox ölkənin, o cümlədən Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunub. Sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib. Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31