“Əmlakın qeydiyyatı” işçi qrupunun iclası keçiriləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmlakın qeydiyyatı" işçi qrupunun 10 fevral saat 15:00-da video-konfransının keçirilməsi nəzərdə tutulub. İqtisadiyyat Nazirliyi yanında  Əmlak Məsələləsi Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, iclasda daşınmaz əmlakın qeydiyyatı sahəsində optimallaşdırma ilə bağlı hazırlanmış "Daşınmaz Əmlakın Elektron Qeydiyyatı" informasiya sisteminin yaradılması haqqında" fərman layihəsi və daşınmaz əmlakların alqı-satqısı zamanı qiymətlərin şəffaflığının təmin edilməsi mövzuları müzakirə olacaq. Fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri azranking.az saytında "Rəqəmsal Təqvim" bölməsində yaradılan müvafiq səhifəyə keçməklə (https://bit.ly/3HIBL31 ) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də "Onlayn Müraciət" bölməsinə daxil olaraq müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31