Xarici iş adamlarına dəstək məsələsi müzakirə edilib
15 Dekabr 2021 13:59 BiznesƏr-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib. KOBİA-dan "Olaylar"a bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31