“Əmlakın qeydiyyatı” işçi qrupunun iclası keçiriləcək
8 Dekabr 2021 13:14 BiznesBiznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmlakın qeydiyyatı" işçi qrupunun 9 dekabr 2021-ci il tarixində saat 15:00-da video-konfransının keçirilməsi nəzərdə tutulub. Əmlak Məsələləri Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, iclasda işçi qrupunun bundan əvvəl - 13 oktyabr 2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti müzakirə olunacaq. Həmçinin işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı üzrə hazırlanmış 9 aylıq icmal hesabatı və 2022-ci il üçün Fəaliyyət Planının layihəsi də müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31