Azərbaycanda xarici ölkə vətəndaşlarına məxsus 4 şirkət ləğv olunur
23 Dekabr 2020 16:26 BiznesBakıda xarici ölkə vətəndaşlarına məxsus "Viva Projects", "Green Bay", "Trıada Group" və "Sirius Trade" MMC-lər ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə xəbər verir.
Kreditorlar 2 ay ərzində tələblərini müvafiq olaraq Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 106, mənzil 44, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 3, ev 12A, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 10, mənzil 21 və Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1 ünvanlarına bildirə bilərlər.
Qeyd edək ki, "Viva Projects" və "Sirius Trade"in qanuni təmsilçisi eyni şəxs - Çin vətəndaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31