Sevgi kimi nankor varlıq dünyada yoxdur"- FLORA KƏRİMOVA
Xalq artisti Flora Kərimova "Ən yaxşısı" proqramında deyib.
21 Avqust 2020 11:24 Biznes"Sevgi haqqında danışmağı xoşlamıram. Aldadıcıdır. Sevgi həyat fəslindən, əhval-ruhiyyədən asılıdır. Sevgi kimi nankor varlıq dünyada yoxdur".Olaylar.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Ən yaxşısı" proqramında deyib. Müğənni sevgidən bəhs edib.
Kərimova "Qanun naminə" filmindən söz açıb. O, daha sonra filmlərə çəkilməməsindən danışıb:
"O vaxt professor həyat yoldaşım Topçubaşov sağ idi. Ora mən xanım kimi gəlirdim. Sonra onu itrdim. Universitetə gedəndə itkini hiss edirdim. Hər zaman maşınla gedib gəlirdim. Dərsdən çıxırdım, yağış başıma tökülürdü. Yağışın ağrısını hiss edirdim. Xanımlığımı, yüksəkliyimi mənə xatırladan studiyaya kimsəsiz insan kimi getmək istəmədim". (Big.az)