Bu məhşurun üç villası satışa çıxarıldı

Lola Kərimova “Hollywood Hills”də yerləşən üç villasını satışa çıxarıb

Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva həyat yoldaşı ilə birlikdə "Hollywood Hills"də yerləşən üç villasını satışa çıxarıb.

Olaylar.az "Dirt" nəşrinə istinadla bildirir ki, bu, Los-Angelesin (ABŞ) ən bahalı rayonlarından biridir. Evlərin hər birinə 5,9-6,5 milyon dollar arası qiymət müəyyən edilib.

 

Nəşr qeyd edir ki, cütlük əmlakları 2014-cü ildə əldə edib. O zaman Tillyaevlər malikanələrə 16,1 milyon dollar ödəyiblər. İndi isə onlar evlərin satışından 18,9 milyon dollar əldə etmək istəyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31