"Əgər iddialar doğrudursa, Tramp bədəlini ödəyəcək"

Əgər bu iddialar doğrudursa və Tramp Məhəmməd bin Salman ilə yaxın olmağa davam edərsə, bunun siyasi bədəlini ödəyəcək.

Bunu CNN kanalının beynəlxalq diplomatiya üzrə redaktoru Nik Robertson MKİ direktoru Cina Haspelin Türkiyədə Camal Qaşıqçı ilə bağlı dəlilləri görməsi barədə yayılan iddialara münasibət bildirərkən deyib.

"Camal Qaşıqçının cinayəti üzərində müzakirələr aparıldı. Silahlar çıxarıldı, səngərlər quruldu, bu məsələni həll edə biləcək yeganə adamın (Donald Tram) da diqqəti yayındırıldı", - Robertson məqaləsində bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31