"Borçalı” Cəmiyyəti İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib

"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıb. Sədrin gündəlik məsələlər gündəlikdə səsə qoyulub və yekdilliklə qəbul edilib. Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Toplantıda cari məsələlərə də baxılıb, o cümlədən "Eldən-Elata" jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verilib, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər. Bununla da toplantı işini başa çatdırıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31