Gəncə və Mingəçevirdə gənc qadınların məşğulluğunun təmin olunması üçün təlimlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyivə  "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə 27-30 aprel 2015-ci il tarixlərində Gəncəvə Mingəçevir şəhərlərində "Gənc qadınlar klubu" adlı layihə çərçivəsində təlimlər keçirilib.Regionlarda yaşayan gənc qızlar  arasında məşğulluğun təmin olunması, onların intellektual inkişafının formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə təşkil edilən layihədə hər şəhərdən 60-a yaxın  gənc qızlar  iştirak ediblər. Təlimçi-ekspert Nailə İsmayılovanın sözlərinə görə, Gəncə və Mingəçevir şəhərindəyaşayan gənc qızlarla layihə çərçivəsində keçirilən təlimlər zamanı onların məişətdə,ictimai həyatda rastlaşdıqları problemlərlə yaxından maraqlanmağa çalışıblar. Bildiyimiz kimi, ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı həyata keçirilən dövlət proqramlarına əsasən gənclərin məşğulluğunun və asudə vaxtlarının təşkilinin təmin olunması, onların maarifləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Sözügedən layihədə də məhz bu istiqamət əsas tutularaq gənc qızların zamanın tələblərinə uyğun olaraq özlərini intellekt cəhətdən inkişaf etdirmələri tövsiyyə olunub. Təlimlərin sonunda fəal iştirakçı qızlara diplom və hədiyyələr təqdim olunmuşdur. Təlimlərin növbəti mərhələsində hər iki şəhərdən gənc qızların bir qrupu "El" Televiziya kanalında təşkil olunmuş teledebatda iştirak ediblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31