Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilir

"Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi "Ulu Öndər mirasıdır yurdum Azərbaycanım!" layihəsi çərçivəsində Bakı şəhərində futbol yarışı davam edir.  Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, bir neçə komandanın iştirakı ilə baş tutan turnir dairəvi sistem üzrə keçirilir.  Üç həftə ərzində davam edəcək futbol yarışının sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasətinin uğurlu davamını təbliğ etmək, həmçinin gənclərin vətənpəvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi və sağlam həyat tərzi ilə bağlı dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin, soyuqqanlılıq kimi keyfiyyətlərin aşılanmasıdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31