Azərbaycan Milli Tarix Muzeyində bir gün

Azərbaycan Milli Tarix  Muzeyi Azərbaycan tarixinin cəm olduğu bir dünyadı. Burada biz Azıx mağarasında  300 – 400 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyündən tutmuş tariximizi müxtəlif illərdə əks etdirən ekspanatlara şahid olduq.

Azərbaycan Milli Tarix  Muzeyi Azərbaycan tarixinin cəm olduğu bir dünyadı. Burada biz Azıx mağarasında  300 - 400 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyündən tutmuş tariximizi müxtəlif illərdə əks etdirən ekspanatlara şahid olduq.

Qədim tarixə malik ekspanatların qorunması, müasir dövrümüzə qədər saxlanılması barədə bizi Milli  Azərbaycan Tarix Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru  Gülüzadə Abdulova məlumatlandırdı.

İlk olaraq, Azərbaycan Mili Tarix muzeyinindəki ekspanatlarla, onların necə qorunması ilə maraqlandıq. Gülüzadə xanım qeyd etdi ki,  muzeydə üç yüz mindən çox ekspanat  var. Bunlar əsasən bir neçə fondda toplanıb. Muzeyin əsas fondları, ən böyük ekspanatlar olan fondlardı: arxielogiya, etnoqrafiya, numizmatika.

Arxiologiya fondunda  150.000 qədər, nuizmatika bölməsində 100.000 qədər, etnoqrafiya fondunda isə 10.000 qədər materiallar var. Digər fondlar silahlar və bayraqlar fondu,   hədiyyələr və xatirə əşyaları fondu, xüsusi fond(burada ən qiymətli materiallar saxlanılır), sənətli mənbələr fondu, təsviri- incəsənət fondu və yardımçı materiallar fondu, faleristika və qliktika fondu var ki, burada medallar, kağız pullar, markalar qorunub, saxlanılır.

Materiallar əsasən fondlarda qorunur. Ekspazisiya mövzularına uyğun olaraq xüsusi vitrinlərdə, təhlükəsizlik cihazlarının vaistəsilə  xüsusi qorunur və nümayiş olunur. Materialların qorunmasının digər üsulu isə onların restabrasiyası və bərpası yollarıdı. Muzeydə  bu üsulu həyata keçirən xüsusi labaratoriya fəaliyyət göstərir.  Elmi - bərpa labaratoriyası adlanan bu laboratoriyada ağac, saxsı, kağız, toxuculuq, şüşə materiallarından olan ekspanatlar zaman - zaman yenidən bərpa olunur.

Laboratoriyamızda bu sahə üzrə xüsusi ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir. Onlar sıradan çıxan materialları yenidən bəpa edib, həyata qaytarırlar. Bu mövzuda bizim tez -tez konfranslarımız, sərgilərimiz olur. Muzeydə  əşyaları daha da uzunömürlü olması üçün xarici mütəxəssislərin biliklərindən bəhrələnirik. Onları tez - tez muzeyimizə dəvət edirik. Mütəxəssislər öz təcrübələrini restabrasiya laboratoriyasında çalışan əməkdaşlarımızla bölüşürlər.

Eyni zamanda fondda materiallın çeşidləri çox olduğundan  bölmələrə ayrılır. Etnoqrafiya fondunun materialları 4 xüsusi otaqda saxlanılır: Metal məmulatları, xalça və xalça məmulatları, geyimlər və  müxtəlif məişət əşyaları  xüsusi otaqlarda saxlanılır. 10 minə qədər materialın böyük əksəriyyətini toxuculuq məmulatları təşkil edir.

Gülüzadə xanım toxuculuq məmulatlarının sıralarına 700 - dən çox xalça və xalça məmulatları, böyük qismini isə geyimlər təşkil etdiyini vurğuladı. Azərbaycanın maddi mədəniyyətinin ən böyük göstəricisi olan geyimlər fondun əsas materiallarını təşkil edir. Digər muzeylərdən fərqli olaraq ən qədim və çox çeşidli  geyimlər Azərbycan Mili Tarix Muzeyində toplanıb. Buna da səbəb muzeyimizn qədim tarixə malik olmasıdı.

Muzeyin ziyarətçilərinin əsasən hansı yaş qrupuna aid olduqları ilə maraqlandıqda Gülüzadə xanım qeyd etdi ki, bütün sosial təbəqəyə və yaş kateqoriyasına məxsus vətəndaşlar muzeyi vaxtaşırı ziyarət edirlər. Bəzən, baxçalardan uşaqları muzeyə ekskursiyaya gətirirlər. Məktəblilərin muzeyi ziyarət etməsinə  rəhbərlik tərəfindən şərait yaradılır. Məktəblərə 50 faiz endirim etməklə onların muzeyimizlə tanış olmalarına imkan yaradırıq. Bununla əlaqədar bir neçə məktəblə müqaviləmiz var.

Həmçinin muzeydə "Açıq qapı" günləri təşkil olunur. Hansısa şirkətlərin himayədarlığı ilə pulsuz günlərimiz olur.Digər günlərə nisbətən  həmin günlərdə də muzeyi ziyarət edənlər çox olur.

Tez - tez  muzeyimizdə tələbə və məktəblilər üçün dərslər, müxtəlif müsabiqə, əlamətdar günlərə aid gecələr təşkil olunur.

Daha sonra Gülüzadə xanım əcnəbilərin də Azərbaycan tarxinə, dəyərlərinə biganə olmadıqlarını qeyd etdi.

Ziyarətçilərin  diqqətini hansı eksponatların  çəkdiyi ilə maraqlandıq.  Məlum oldu ki, muzeyi ziyarət edənlər ən çox toxuculuq məhsulları, geyimlər, bəzək əşyaları, toxuculuq məmulatarı, tikmə nümunələri, arxeoloji materiallar il maraqlanırlar. Qeyd edək ki, Azıx mağarasında tapılan qadının altçənə sümüyü Azərbaycan Milli Tarix muzeyində qorunur.

Vətəndaşlardan muzeyə tarixi əşya hədiyyə edib - etmədiklərini soruşduqda, Gülüzadə xanım qeyd etdi ki, dünyagörüşü çox olan insanlar öz ailələrinə məxus qədim əşyaların ən etibarlı və sağlam şəkildə qoruma yerin təbii ki, muzey olduğun əmindilər. Bəziləri qədim əşyaları muzeyə satır. Bununla muzeyin satınalma komissiyası məşğul olur. Komissiya əşyaya qiymət qoyur və vətəndaşla müqavilə imzalanır.

"Xüsusi olaraq qeyd edim ki, Xurşudbanu Nətavanın nəslindən olan Novruz Novruzov Natavanın öz əli lə əmisqızına tikib, bağışladığı köynəyi muzeyə hədiyyə elədi. Hal - hazırda həmin köynək muzeyin fondunda qorunur" - deyə Gülüzadə xanım vurğuladı.

Muzeydə ən qədim və ən gənc əşya ilə maraqlandıq. Gülüzadə xanım ən qədim əşyanın  geoloji dövrlərə aid olan  qədim əşya ağac qalıntısı, fil sümüyü və gərgədan başı olduğunu söylədi. Ekspanat kimi isə   350 min il yaşı olan Azıxantropun alt çənə sümüyünü muzeyin ən qədim eksoanatı hesab edildiyini vurğuladı. "Ən gənc ekspanatımız isə rəsm əsərləridi. Bu əsərlərdə müxtəlif dövrülər, həmin dövrlərdə yaşamış şəxslərin portretləri də var. Hal - hazırda müasir xalçaçılıq, zərgərlik nümunələrini almağı planlaşdırırıq. Gələcək nəsillər indiki dövrdə  hansı incəsənət nümunələrinin olmasını xəbərdar etməyə çalışırıq".

Qeyd edək ki, muzeyin facebook sosial şəbəkəsində səhifəsi var. Muzeydəki yeniliklərlə, ekspanatlarla, tədbirlərlə tanış olmaq istəyən şəxslər Tradition of Azerbaijan səhifəsindən məlumatlana bilərlər.

nigar_sema_qurbani

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31