Yer üzünə səyahət

Türkiyə ordusunda çevrilişə GİZLİ HAZIRLIQ: İranla eyni gündə...

12 Yanvar 2018 11:44

Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət çevrilişi cəhdi de-şifrə edilib. Bu barədə “Yeni Şəfəq” qəzeti yazıb. Qəzetin məlumatına görə, həbs olunan bir çox FETÖ üzvü hər şeyi etiraf edəndən sonra sərbəst buraxılır, Türkiyə Silahlı Qüvvələri (TSK) isə ehtiyacı nəzərə alaraq, peşman olan hərbiçiləri yenidən qəbul edir.

Ayrılığın əsl səbəbi məlum oldu

5 Yanvar 2018 15:29

Məşhur müğənni Alişan ilə eks nişanlısı Eda Erolun ayrılıqlarının əsal səbəbi məlum oldu. Olaylar.az bildirir ki, bu haqda müğənninin yaxın dostu, Ece Erken aparıcı olduğu verilişində açıqlama verib. O Alişanla Edanın bir –birilərini anlamaqda çətinlik çəkdiklərini və Eda Erolun 5 dəfə nişan üzüyünü çıxartdığını bildirib. Bundan əlavə aparıcı Edanın dəfələrlə ondan Alişanla onu barışdırmağa dair xahişlər etdiyini bildirib.

Türkiyə və ABŞ arasında viza problemi həll olunub

28 Dekabr 2017 18:24

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.

ABŞ-da sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı

21 Dekabr 2017 15:03

ABŞ-ın Rutqers Universitetinin elm adamları ölkənin şimal-şərqində yerin altından üstünə doğru çıxan, əriyən qaya kütlələri tapıb. Bu barədə “Science Alert” dərgisi məlumat yayıb. Araşdırma əsnasında minlərlə geoloji sensordan yaradılan şəbəkədən istifadə edilib.

Ağrıda sıx duman 5 nəfəri öldürdü

21 Dekabr 2017 12:52

Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib. Məlumata görə, iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir

4 Dekabr 2017 15:22

“İran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib. Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib. 

PKK Rusiya ilə əməkdaşlıq edəcək

4 Dekabr 2017 12:20

Rus generallarrı YPG sözçüsü (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Nuri Mahmud və təşkilatın Deyrizordakı üzvləri ilə bir araya gəlib. Suriyaya gedən rus generalları terrorçularla görüşərək İŞİD-ə qarşı mübarizə mövzusunu müzakirə ediblər.

“Microsoft” rəhbəri “iPad” istifadəçilərinə əsl kompüterlərdən istifadəni məsləhət görüb

13 Noyabr 2017 19:22

“Microsoft” korporasiyasının baş direktoru Satya Nadella Hindistana səfəri çərçivəsində onunla söhbət zamanı “Apple” şirkətinin “iPad” planşet kompüterindən istifadə edən iki jurnalistlə mübahisə edib. Mübahisəyə səbəb isə korporasiya rəhbərinin onlara “iPad” planşetini kənara qoyaraq əsl kompüterlərdən istifadəyə başlamağı tövsiyə etməsi olub.

2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq

9 Oktyabr 2017 19:37

“StatCounter” servisinin məlumatına istinadən  “TechRadar” nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi ola bilər. Statistikaya görə, 2017-ci ilin sentyabrında masaüstü fərdi kompüter (FK) və noutbukların 39,3%-i “Windows 10” sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43% çoxdur. “Windows 7” sisteminin bazar payı isə 1,11% azalaraq 44% olub.

Elektrik enerjisiz işləyən kondisionerləşdirmə sistemi yaradılıb

14 Sentyabr 2017 19:26

Stenford Universitetinin alimləri əsasında işləməsi üçün elektrik enerjisi tələb etməyən kondisionerləşdirmə sisteminin yaradıldığı yüksək texnologiyalı optik səth təqdim ediblər.

ABŞ Dövlət Departamenti Poroşenkoya söz atdı

13 Sentyabr 2017 16:30

“Ukrayna prezdenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.

Erməni-nasistin xatirə lövhəsi Rusiyada qalmaqal yaratdı

1 Avqust 2017 15:26

Rusiyanın Armavir şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərinin "Erməni milli azadlıq hərəkatı"nın lideri Qareqin Njdin xatirə lövhəsi ətrafında qalmaqal yaranıb.

Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək

25 İyul 2017 19:45

Niderlandın “Lightyear” şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan “One EV” adlı elektromobil yaradıb.  Mütəxəssislərin sözlərinə görə, elektrik avtomobilin sınaqlarının 2018-ci ildə başa çatacağı gözlənilir, bazara çıxarılması isə 2019-cu ilə planlaşdırılır. Günəşli günləri çox olan ölkələrdə yaşayan “One EV” sahibləri ondan aylarla istifadə etməklə kənar enerjidoldurma stansiyasına qoşmayacaqlar. Elektromobilin akkumulyator tutumu 130 kilovat/saat təşkil edir ki, bu da günəş enerjisi toplamadan 644 km məsafəni qət etməyə kifayət edir. Hərəkət zamanı enerji toplamaq imkanı sayəsində isə avtomobil dayanmadan 800 km məsafəni qət edə biləcək. Nəqliyyat vasitəsində istifadə olunacaq akkumulyator batareyalarının tipi barədə məlumat verilməsə də, onların “Tesla” modellərində istifadə edilən batareyalara oxşar olacağı gözlənilir. 

Fatih Akından – “Rojava”

25 İyul 2017 11:00

Məşhur Türk rejissoru  Fatih Akın Suriya Rojavada IŞİD - ə  qarşı döyüşənlər üçün bir layihə təqdim edəcəyini bildirib. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, bundan öncə rejissor   “erməni soyqırımı”ndan bəhs edən  “Çapıq”  filmi ilə gündəmə gəlmişdi.  Rejissor filmlərində mübahisəli mövzulara toxunmaqdan çəkinmir. Kinorejissorun yeni layihəsi “Rojava” adlanacaq.

Ərinin dostu tərəfindən qaçırılan qadın tapıldı - İNTİHAR ETMƏK İSTƏDİ - VİDEO

19 May 2017 17:20

Adanada özəl bir kollecdə nəzarətçi işləyən qadının həmin iş yerində sürücülük edən kişi tərəfindən qaçırıldığı barədə xəbər vermişdik.  Qaçırıldığı irəli sürülən, həmin avtobusda nəzarətçi işləyən 3 uşaq anası Mersindəki bir xəstəxanada tapılıb.