TADEF ilin QHT-sİ seçilib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş ölkədə ilin qeyri-hökümət təşkilatı seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, qurum "Kocaeli" qəzetinin hər il təşkil etdiyi "Zirvədəkilər" mükafatının 2012-ci İlin Qeyri Hökumət Təşkilatı nominasiyasında qalib olub. Mükafatların təqdimat mərasimində Kocaeli valisi Ercan Topaca, Kocaelidən seçilmiş millət vəkili Mehmet Hilal Kaplan, Kocaeli Universitetinin rektoru Prof. Dr. Sezer Komsuoğlu, TADEF rəhbəri Bilal Dündar və çox sayda qonaq iştirak edib.
TADEF sədri çıxış edərək  bu günlərdə Ankarada Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan dövlətlərinin imzaladığı "Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyət strategiyası"nı güclərin birləşdirilməsi istiqamətində böyük addım kimi qiymətləndirib. B.Dündarın təqdim olunan mükafatın onların qarşısında yeni vəzifələr qoyduğunu deyib və federasiya adından təşkilatçılara təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31