YAP Gənclər Birliyi “Yay məktəbi” təşkil edəcək
22 May 2013 17:24 SosialYeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq gənclər üçün "Yay məktəbi" layihəsi təşkil edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, "Yay məktəbi" layihəsinə yaxın aylarda start veriləcək: "Partiyanın rəhbərliyi dəqiq vaxt barədə qərara verəcək. Bundan sonra isə biz layihənin icrasına başlayacağıq". Seymur Orucov bildirib ki, layihənin respublikanın turizm zonaları olan Oğuz, Qəbələ, Lerik rayonlarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində gənclərin Yeni Azərbaycan Partiyasının rəhbərliyi, millət vəkilləri ilə görüşləri təşkil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31