Intel mobil bazarda möhkəmlənmək üçün yeni səylər göstərir

Intel-in yeni baş direktoru Brayan Krjaniç şirkətin mobil bazarda möhkəmlənməsi məqsədilə həyata keçirilən səyləri öz nəzarəti altına alır və smartfon və planşetlər üçün çiplərin layihələndirildiyi mikroprosessorların istehsalı üzrə bölməyə şəxsən rəhbərlik etmək niyyətindədir. Mincom.gov.az xəər verir ki, B.Krjaniç ötən həftədən Intel-ə rəhbərlik etməyə başlayıb və həmin vaxtdan etibarən korporasiyada mobil prosessorlar bazarında irəliləyiş üzrə yeni strategiyanın həyata keçirilməsinə start verildiyi elan edilib. Sözügedən sahədə şirkətin mövqeyi kifayət qədər zəifdir və mobil bazarın əsas oyunçuları öz qurğularında ABŞ istehsalçısının prosessorlarını tətbiq etmirlər. Intel onu da bəyan edib ki, əvvəllər şirkətin prezidenti təyin olunan Rene Ceyms eyni zamanda istehsal üzrə direktor vəzifəsini də icra edəcək. Şirkətin maliyyə direktoru olan Steysi Smit indiki vəzifə səlahiyyətlərini yerinə yetirməklə yanaşı Intel Capital investisiya bölməsinə də başçılıq edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31