Otdan kauçuk hazırlandı
18 May 2012 18:49 SosialYaponiyanın avtomobil şinlərinin istehsalı üzrə "Bricstoun" adlı ən böyük şirkəti təbii kauçukun adi tarla zəncirotularından əldə olunmasının sənaye texnologiyasını hazırlayıb. Kauçuk bu güllərin saplağının kök hissəsinin xüsusi emalı yolu ilə əldə edilir. "Olaylar"ın ictnews elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə "itar-tass.com" saytı məlumat yayıb. Şirkət 2014-cü ilədək zəncirotudan əldə olunan kauçukdan istifadə etməklə avtomobil şinlərini eksperimental istehsalına başlamaq niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31