Elmdə sensasiya!..

Bioloqların fikrincə, insan qanının 4 yox, daha çox qrupu var. Ola bilər ki, onların sayı 15-dir.  Milli.Az "Scientist"ə istinadən bildirir ki, ABŞ-dakı Vermont Universiteti və Paris Qanköçürmə İnstitutunun alimləri sensasiyalı açıqlama ilə çıxış ediblər. Onların dediklərinə görə, hazırda mövcud olan I, II, III və IV qan qruplarına ən azı 2 yeni qrupu əlavə etmək gərəkdir.Alimlər həmin qrupları "Langereis" və "Junior" adlandırıblar.Yeni qan qruplarının daşıyıcılarının əksəriyyəti yaponlardır. Yaponiyada "Langereis" və "Junior" qruplarının on minlərlə daşıyıcısı var.Bununla yanaşı, həmin qruplara amerikalılar və avropalı qaraçılarda da rast gəlinir.
Bu və digər qan qrupunun peyda olması, yaranması bilavasitə qidalanma ilə bağlıdır. İnsan miqrasiya etdikcə, yeni məkanlarda yerli qidaya uyğunlaşdıqca həmin qidaların həzm prosesi ilə yanaşı, orqanizmin immun sistemində də dəyişikliklər başlanıb. Axı orqanizm yeni yoluxucu xəstəliklərlə mübarizə aparmalı idi.Bütün bunlar qana təsir göstərib.Hər qan qrupu əcdadlarımızın qida rasionları, pəhrizləri və davranış strategiyası barədə məlumatların daşıyıcısıdır.Yaponiyalı bioloqlar hesab edirlər ki, insanın təkamülündə yeni mərhələ başlanıb."Nature Genetic"də dərc olunmuş geniş məqalədə bildirilir ki, insan qanının 4 qrup olması bəşəriyyətin təkamülünün 4 mərhələsi ilə bağlıdır.İlk mərhələ hamısınnı qanlarının eyni,  O (I) qrupdan olan insanların peyda olmasıdır.II mərhələ ovçuluq və meyvə-tərəvəz yığmaqdan əkinçiliyə keçiddir ki, bunun nəticəsində A (II) qrupu yaranıb.III qrupu insanların Afrika qitəsindən Avropa, Asiya, Şimali və Cənubi Amerikalara köçləridir ki, bu da B (III) qan qrupunun yaranmasına təkan verib.Ən nəhayət, müxtəlif qan qruplarının qarışması nəticəsində AB (IV) qrupu yaranıb.Yaponiyada iki yeni qan qrupunun yaranma səbəblərini alimlər dəqiq izah edə bilmirlər. Onların fikrincə II Dünya Müharibəsinin sonlarında Xirosima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, ötən ildə isə Fukusima atom-elektrik stansiyasında qəza baş verməsi on minlərlə yaponun qan qrupunun dəyişməsinə səbəb ola bilər.Digər tərəfdən evdəki elektron məişət əşyalarının yaratdıqları elektromaqnit dalğaları da yeni qan qruplarının yaranmasına rəvac verən amillər sırasındadır.Alimlər onu da bildirirlər ki, 6 qan qrupu son deyil. Yaponiya Qırmızı Xaç Təşkilatının Osaka və Hokkaydodakı Qan Tədqiqatları mərkəzlərinin əməkdaşlarının dediklərinə görə, daha 10-15 qan qruplarının aşkarlanmasını istisna etmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31