Bu virus antivirusu söndürür
18 May 2012 17:39 SosialBu virus əsasən "Facebook"-dan komputerlərə düşür İslamazeri.az-ın "İCTnews"-ə istinadən verdiyi xəbərə görə, "Trend Micro" antivirus şirkətində çalışan ekspertlər "Facebook" vasitəsilə yayılan və antivirusların fəaliyyətini blok edə bilən yeni troyan proqramı aşkar ediblər.
Troyan proqramı "Facebook" sosial şəbəkəsinə inteqrasiya edilmiş ani mesaj mübadiləsi xidməti vasitəsilə yayılır. Qurban öz kontakt-listindəki virusa yoluxdurulmuş istifadəçidən "May09-Picture18.JPG_www.facebook.com.zip" istinadlı mesaj alır. Əgər istifadəçi istinad üzrə keçid edirsə, onun kompyuterinə ziyanverici faylın olduğu arxiv yüklənir.
Qeyd edək ki, ziyanverici fayl "May09-Picture18.JPG_www.facebook.com" adlanır. İstifadəçi faylı işə saldıqda antivirusun fəaliyyətini blok edən proqram icra olunur və yeni əmrlər üçün kibercinayətkarların saytları ilə əlaqə yaradır.