Bakının 30 məktəbində 9 günlük tətil elan olundu
18 May 2012 17:01 Sosial"Eurovision-2012" müsabiqəsi ilə əlaqədar olaraq mayın 21-dən Bakının bir sıra orta məktəblərindən tətil elan olunur. Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, təhsil naziri Misir Mərdanovun şifahi tapşırığı əsasında 30 məktəb gələn həftədən tətilə buraxılacaq. Bu qərara məktəb və məktəblilərin təhlükəsizliyi, həmçinin Bakının mərkəzi hissələrində yarana biləcək sıxlıq səbəbindən gəlinib.
Yuxarıda qeyd olunan məktəblər Bakının Səbail, Nəsimi və Yasamal rayonunun orta təhsil müəssisələridir. Ayın 20-nin bazar, 28-nin isə bayram günü olmasını nəzərə alsaq, həmin məktəblərin işçiləri və şagirdləri 9 gün evdə olacaqlar. Mayın 29 və 30-u isə dərs günüdür. Mayda 31-də ənənəvi "son zəng" tədbirləri keçiriləcək.