Tələbə kartının təqdimatı keçiriləcək
18 May 2012 16:54 SosialMayın 20-də Azərbaycanda tələbə kartının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, gənclər və idman naziri Azad Rəhimov ve təhsil naziri Misir Mərdanovun da iştirak edəcəyi təqdimat mərasimində tələbə kartının özəllikləri, ondan istifadə qaydaları və tələbə kartını necə əldə etməyin mümkünlüyü barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanda tələbə kartının tətbiq edilməsi təklifi bir müddət əvvəl gündəmə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31