Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
18 May 2012 16:29 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə həyata keçirilən elektron hökumət layihəsinə töhfə vermək və bununla öz fəaliyyətində şəffaflığı daha da artırmaq məqsədilə Şura 2013-cü ilin maliyyə yardımı müsabiqəsinə QHT layihələrini yalnız elektron formada qəbul etmək haqqında qərar qəbul etmişdir. Layihə təkliflərinin elektron formada qəbul edilməsi QHT-lərin vaxta qənaət etməsilə yanaşı, həm də onlara imkan verəcək ki, müsabiqələrə ayrı-ayrı istiqamətlər üzrə daxil olmuş layihələrin sayı, onların hərəkəti və ekspert qiymətləndirməsi haqda operativ məlumatları internet resursları vasitəsilə əldə edə bilsinlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31