Siyasət
Bəxtiyar Sadıqov: "Dağlıq Qarabağda keçiriləcək "referendum"u heç bir dövlət tanımayacaq"
"Beynəlxalq təşkilatlar erməni separatçılarının Dağlıq Qarabağda qanunsuz referendum keçirməsinə reaksiya verməməklə öz nüfuzlarına zərbə vururlar". Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
“Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu”
“Azərbaycan Prezidentinin Münhenə səfəri və orada keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu, dünyada təhlükəsizlik sistemlərinə həsr olunmuş məşhur konfranslardan biridir”.
Mübariz Əhmədoğlu: "Prezident konfrans vasitəsilə dünyaya mesaj verdi"
“Azərbaycanın qlobal miqyaslı tədbirlərdə iştirakı artıq çoxillik ənənəyə çevrilib. Azərbaycan Prezidentinin Münhen konfransında iştirakı da ölkəmizin dünyada təhlükəsizlik ixracatçısı kimi özünü göstərməsi ilə bağlıdır. Ölkəmiz nəinki özünü, həm də regionun təhlükəsizliyinin təminində həlledici rola malikdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Xocalı faciəsi soyqırımı faktıdır
Xocalı soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı əsrlərdin bəri davam edən etnik təmizləmə siyasətinin daha bir dəhşətli nümunəsidir. Lakin indiyə qədər insanlıq əlehinə qarşı törədilən bu cinayətin nə təşkilatçıları, nə də icraçıları cəzalarını almayıblar.
Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil
Ötən həftə Azərbaycanın xarici siyasət sahəsində bir sıra yeniliklər və uğurlarla yadda qaldı. Birləşmiş Ştatlar və Rusiya hərbi rəsmilərinin Bakıda bir araya gəlməsi, hər iki ölkə generalının Azərbaycan rəsmiləri ilə görüşünün ardınca dövlət başçısı Almaniya Federativ Respublikasına səfər edərək Münxen Təhlükəsizlik Konfransına qatıldı. Azərbaycan Prezidenti təkcə Münxen Təhlükəsizlik Konfransına qatılmaqla kifayətlənmədi və konfrans çərçivəsində keçirilən dəyirmi masa və müzakirələrdə yaxından iştirak edərək ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın işğalçılıq siyasəti, eləcə də Azərbaycanın haqlı mövqeyini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı Dağlıq Qarabağ münaqişəsinin bir daha beynəlxalq aləmə çatdırılması, Ermənistanın təcavüzkar və aqressiv siyasətinin ifşa edilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri- Elmar Məmmədyarov və Edvard Nalbadyan növbəti dəfə görüşərək, danışıqlar aparıb.
Dağlıq Qarabağdakı “referendumu” hansı ölkələr müşahidəçi göndərib?
“Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu günə xüsusi hazırlaşmalı idilər”.
Umud Rəhimoğlu: "Cocuq Mərcanlıya gənclərimizin də səfərləri təşkil olunmalıdır"
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xarici jurnalistlərin, diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri ölkəmiz çox böyük önəm təşkil edir”. Bunu Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Ümud Rəhimoğlu deyib.
BƏYANAT: "Norveç Dağlıq Qarabağdakı "referendum"u tanımır"
Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır. Bu barədə Krallığın Feysbuk səhfəsində bildirilib. Bəyanatda, həmçinin qondarma Dağlıq Qarabağ rejiminin fevralın 20-də keçirilən "referendum"u da tanımadığı da vurğulanıb:
AVCİYA-nın "Xocalı yaddaşı” kitabı işıq üzü görüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “Xocalı yaddaşı” kitabı işıq üzü görüb.
Prezident: “Azərbaycan-Qətər əlaqələri mümkün qədər çox sahəni əhatə etməlidir” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.
Deputat: “Konstitusiya referendumu ermənilərin növbəti təxəyyülüdür”
İşğal olunmuş Azərbaycan torpaqlarında keçirmək istədikləri “referendum” ermənilərin növbəti avantürası və təlxəyliyidir. Bunu deyən Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü ElmanMəmmədovun sözlərinə görə, bu separatçı rejim heç bir beynəxlaq təşkilat və dövlət tərəfindən tanınmadığından, onların bu hərəkətləri də qeyri-qanunidir: “Bu gün bu ərazilər işğal altında olduğundan Azərbaycan ancaq beynəlxalq təşkilatlar və ya bu münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minks qrupu vasitəsi ilə onlara təsir edə bilər. Təəssüf ki, adıçəkilən bu təşkilatlar da baş verən proseslərə seyrçi mövqe nümayiş etdirir, Ermənistanın və cinayətkar qurumun cinayət xarakterli hərəkətlərinə dəstək verir, onları himayə edir”.
İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir
“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
The Hill: "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın yeni administrasiyası üçün prioritet olmalıdır"
İlin əvvəlindən sadəcə bir neçə həftə keçməsinə baxmayaraq bu il dünya geosiyasətində zəngin olacağını vəd edir. Bu, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın "The Hill" nəşrində dərc olunan məqaləsində yer alıb.
“Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır”
Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olunub. Əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s olub.
""Referendum" keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək"
Bəzi beynəlxalq təşkilatlar erməni separatçılarının təxribatlarına göz yumurlar. Bu barədə millət vəkili Aydın Mirzəzadə deyib.














