Siyasət

"Bu proseslərin sonu Ermənistan üçün yaxşı bitməyəcək"

21 Fevral 2017 12:37

“Qondarma “DQR”-ni heç Ermənistanın özü belə tanımır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və hər kəs də bunu belə bilib, qəbul edir.  Bu baxımdan Ermənistan bizim torpaqlarımızda nə keçirsə də, onun  hüquqi əsası olmayacaq”.  Bunu hərbi ekspert Emin Həsənli deyib.

Elman Nəsirov: "Prezidentin Münxen Təhlükəsizlik Konfransının tribunasından səsləndirdiyi fikirlər beynəlxalq sülhə xidmət edir"

21 Fevral 2017 12:14

Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının tribunasından səsləndirdiyi fikirlər beynəlxalq sülhün, eyni zamanda təhlükəsizliyin qorunması, müdafiə olunması və inkişafına xidmət göstərir.

Jerusalem Post: "Tramp Azərbaycanla bağlı 907-ci düzəlişi dondurmalıdır"

21 Fevral 2017 12:00

Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd olan, eləcə də iri neft və qaz istehsalçısı bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır.

Kaliforniyadan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib

21 Fevral 2017 11:52

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanat verib. 

"Referendum" göstərdi ki, danışıqların əhəmiyyəti qalmayıb

21 Fevral 2017 11:49

“Ötən gün qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən “referendum”un heç bir hüquqi əsası yoxdur. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

Azərbaycanın Rusiyadan silah alması Ermənistanı təlaş içində saxlayır SIYASI ANALIZ

21 Fevral 2017 11:48

Stoqholm sülh problemləri araşdırmaları beynəlxalq insitunun (SIPRI) dünya ölkələrinin silah alışı ilə bağlı yaydığı növbəti hesabatında silah idxalı baxımından Azərbaycanla Ermənistan arasındakı böyük fərqə toxunulub. Hesabata görə, 2012-2016-cı illər ərzində Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə keçib. 

Millət vəkili: “Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır” 

21 Fevral 2017 11:46

“Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yeniliyin olacağı inandırıcı deyil”. Bunu millət vəkili Azər Badamov deyib.

Ermənilər yenə snayperlərdən istifadə edir

21 Fevral 2017 11:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

Rusiya Qarabağ ermənilərinə pasport paylaya bilərmi?

21 Fevral 2017 11:33

Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yolu ilə bu bölgələri geri qaytarması problematikdir. Çünki Rusiya bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır.

Azay Quliyev ATƏT PA-nın qış sessiyasına qatılacaq

21 Fevral 2017 11:33

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək. “Olaylar” xəbər verir ki, ATƏT PA-nın qış sessiyasında ilk olaraq Daimi Komitənin plenar iclasında “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq. Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək. Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.

Sevinc Fətəliyeva: "Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb"

21 Fevral 2017 11:30

"Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sferalarda da dünya üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə siyasi sabitlik var, eyni zamanda, respublikada hər cür demokratik azadlıqlar bərqərar olub".

Hərbi icmalçı Nalbandyanın Moskva səfərini Şərh Etdi

21 Fevral 2017 11:16

“Birmənalı olaraq demək olar ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, ermənilərin xeyrinə uzadılmasına hesablanıb”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

"Prezidentin Münxendə keçirdiyi görüşlər region üçün bir neçə məsələlər üzrə tarixi tezislər formalaşdırdı"

21 Fevral 2017 11:15

“İlk olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Münxendə keçirilən 53-cü Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər həm ölkəmiz, həm də region üçün xüsusi əhəmiyyət kəsb edir. Prezidentin Münxendə keçirdiyi görüşlər region üçün bir neçə məsələlər üzrə tarixi tezislər formalaşdırdı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi”. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev bildirib.