Siyasət

Yunanıstan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

17 Mart 2017 15:27

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb. Bildirib ki, bu iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir".

Gürcüstan Prezidenti: "Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir"

17 Mart 2017 15:25

"Azərbaycanla Gürcüstan arasında münasibətlər mükəmməldir". Bunu müsahibəsində Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Ermənistan status-kvonun uzanmasına çalışır

17 Mart 2017 14:28

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir uğursuz səfəri baş tutdu. Əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyən bu dəfəki səfərin sonucu olaraq da vasitəçilər problemin həllinə heç bir təsir gücünə malik olmayan açıqlamalar verməklə işlərini birmiş hesab etdilər.

Qatı ermənipərəst Frank Engel kimdir ?!

17 Mart 2017 13:35

Populist çıxışları və dünyanın müxtəlif bölgələrində baş verən siyasi hadisələr barəsində qeyri-adekvat şərhləri ilə adı tez-tez Avropa mətbuatının gündəminə çıxan Lüxemburq deputatı Frank Engel Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də seçicilərini və öz həmkarlarını təəccübləndirməkdən yorulmur. Qatı ermənipərəst mövqeyini həyasızcasına yalan və dezinformasiyalar hesabına əsaslandırmağa çalışan Frank Engel az öncə Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da daha iki həmkarı ilə birlikdə iştirak etmiş və birgə imzaladıqları bəyanatda özünü “müşahidəçi” kimi qələmə verməyə çalışmışdı.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib

17 Mart 2017 13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib. 

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

17 Mart 2017 13:27

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə xarici ölkələrin rəsmi şəxslərindən, ictimai-siyasi xadimlərdən, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin rəhbərlərindən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, diplomatik korpusun təmsilçilərindən təbriklər gəlməkdə davam edir.

Turk: "Şərq tərəfdaşlığı" prinsipləri yenidən nəzərdən keçirilməlidir”

17 Mart 2017 13:03

"Şərq tərəfdaşlığı" ilə bağlı prinsiplər yenidən nəzərdən keçirilməlidir. Bu, Rusiyaya qarşı sədd kimi deyil, əməkdaşlıq kimi nəzərdən keçirilməlidir. Rusiya düşmən ölkə deyil, biz ona tərəfdaş kimi baxmalıyıq".

Frayberqa: “Azərbaycanın öz ərazisini qaytarmaq hüququ var”

17 Mart 2017 12:14

“Azərbaycan işğal və ərazilərinin bir hissəsini itirməkdən əziyyət çəkən bir ölkədir. Bu, digərlərinə nisbətən “dondurulmuş” münaqişədir. Zaman-zaman münaqişə zonasında gərginlik olanda dünya ictimaiyyəti həqiqətən narahatlıqla izləyir və ümid edir ki, bu münaqişə qaynar münaqişəyə çevrilməyəcək”.

Kvasnevski: “BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədən irəliləyiş şansı görmürəm”

17 Mart 2017 12:05

“Mən 1995-2005-ci illərdə Polşanın prezidenti olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə iştirak edirdim”. Bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. O bildirib ki, Polşa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib: "Münaqişənin həlli ilə bağlı hansısa həllə və bu dramın sona çatdırılmasına nail olmağa çalışırdıq.

Qırğızıstanın sabiq baş naziri ölkəsinin EKO sammitində qətnaməyə imza atmamasına münasibət bildirib

17 Mart 2017 12:03

“Ekspromt şəkildə mən bu suala cavab verə bilmərəm. Amma ola bilər ki, elə məsələlər olub ki, orada olan insanlar onları öz üzərinə götürə və həll edə bilməyiblər”. Bunu Qırğızıstanın sabiq baş naziri Apas Jumaqulov ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabad sammitində qəbul edilən qətnaməyə imza atmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

17 Mart 2017 12:02

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib. Bu barədə prezidentin mətbua

Buyar Nişani: “Albaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir”

17 Mart 2017 11:59

“Albaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir”. Bunu Albaniya prezidenti Buyar Nişani deyib.  "Mən inanıram ki, beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında töhfəsini verməyə davam edəcək və işğal olunmuş ərazilər azad olunacaq. Münaqişənin ədalətli həllinin tapılacağına, bölgədəki insanların haqlarına hörmətlə yanaşılacağına ümid edirəm" – deyə, Albaniya prezidenti əlavə edib.

Eldəniz Səlimov: “Əfv sərəncamı hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”

17 Mart 2017 11:56

“Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Həmin sərəncamla böyük bir qrup məhbusun əfv edilməsi, azad olunması çox müsbət addımdır və bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”.