Siyasət

Yerli və mərkəzləşmiş gəlirlərdə azalma olub

31 May 2018 13:37

"2017-ci ilin sonuna Azərbaycanın ümumi dövlət borcu 17 milyard manat, adambaşına borc isə 1 718,3 manat təşkil edib". “Olaylar” ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Deputatdan banklara etiraz

31 May 2018 13:32

“2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”. “Olaylar”ın məlumatına görə, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri: “Ölkədə vergi yığımı bazası genişlənə bilər”

31 May 2018 13:28

“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Vergidən azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir". “ Olaylar” xəbər verir ki, bunu “Dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumar verən Milli Məclsin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Düşmən 103 dəfə atəşkəsi pozub

31 May 2018 13:15

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.

Ələt azad iqtisadi zonasında normativ hüquqi aktlardan fərqli hüquqi tənzimləmə tətbiq ediləcək

31 May 2018 13:13

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişik məsələsi müzakirəyə çıxarılıb.

Ziyad Səmədzadə: “Sosial proqramların icrasında maliyyə problemi olmayıb”

31 May 2018 13:11

Milli Məclisin bu gün keçirilən plenar iclasında“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Rusiyada azərbaycanlıları özümüz öldürürük” – Deputat

31 May 2018 13:06

"Araşdırmalara görə, İslam təəssübü ilə yaradılmış radikal dinçilərin “Əl-Qaidə”, İŞİD, “Taliban”, “Hizbullah”, “”Əş-Şahab”, “Boko-Haram” kimi qruplaşmaları terror aktlarının yalnız 2 faizini xristian, buddist ölkələrində və İsraildə gerçəkləşdiriblər, 98 faizi isə birbaşa İslam ölkələrində icra edilib. Bu da o deməkdir ki, yəhudilərin, xristianların və buddistlərin öldürdüyü müsəlman sayı təqribən bu nisbətdə düşünülə bilər!" Bunu millət vəkili Fazil Mustafa deyib.

Nazirlik rəsmisi: "Cinsi nisbətin pozulması ciddi nəticəyə gətirər"

31 May 2018 13:04

Hazırda doğulanlar arasında oğlan uşaqlarına üstünlük verilməsinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Prezident İlham Əliyev: "Müsəlman ölkələri Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər"

31 May 2018 12:45

"Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər". Bunu mayın 31-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən çıxışı zamanı deyib.

Yaz sessiyası başa çatır-Milli Məclis tətilə gedir

31 May 2018 12:38

Mayın 31-də Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.