DAK-da yeni təyinatlar olub

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar. Sərəncamlara əsasən, DAK İdarə Heyətinin üzvü Vaqif Arzumanlı beynəlxalq məsələlər üzrə müavin, DAK İdarə Heyətinin üzvü Xəzər Emin mədəniyyət və humanitar məsələlər üzrə müavin, Siyavuş Mustafayev Qarabağ məsələləri üzrə müşavir və Alparslan Çöhrəqanlı DAK Gənclər Təşkilatının Avropa üzrə səlahiyyətli nümayəndəsi təyin ediliblər.
Bundan əlavə, DAK İdarə Heyətinin üzvləri - Eldar Qaradağlı Avropa, Esmira Əsgərova ABŞ, Babək Muğanlı Güney Azərbaycan (İran), millət vəkili Əkrəm Fevzi Tərzioğlu İraq, Atilla Kaya Türkiyə, Esmira Əsədova Kanada, Rəşad Xasayoğlu İsveçrə, Möhlət Hüseynov Ukrayna, Eliza Dəmirdağ Şimali Kipr Türk Cümhuriyyəti və Ağası Hun Moldova nümayəndəliklərinin rəhbərləri təyin olunublar.
Qeyd edək ki, yaxın günlərdə bir sıra ölkələr üzrə də nümayəndələr təyin ediləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31