İsveç diplomatı Türkiyədə həbs edilib
18 May 2012 15:14 SiyasətTürkiyə polisi İstanbuldakı Atatürk adına Beynəlxalq Hava Limanında İsveç diplomatı və onun xanımını həbs edib. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, araşdırma zamanı diplomata məxsus çantadan qədim tarixi olan bahalı mərmər daş aşkar edilib. Öz növbəsində isə isveçli diplomat onun tarixi dəyərə sahib olmayan sadəcə qədim bir əşya olduğunu deyib və Türkiyədən bu cür əşyaların çıxarılmasına qadağalar tətbiq edildiyindən məlumatsız olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31