Oklahoma ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinə görə qürur duyuram
18 May 2012 15:04 SiyasətSyuzan Savic,
Oklahoma ştatının keçmiş dövlət katibi
-Mən qubernator Brend Henrinin vaxtında -2003-2011-ci-illərdə 8 il Oklahoma ştatının dövlət katibi işləmişəm. Ondan əvvəl isə Tulusa şəhərinin meri olmuşam. Hər iki vəziyyətdə şəhərimizin beynəlxalq əlaqələri üçün məsuliyyət daşımaqla Oklahoma Ştatı adından fəaliyyət göstərmişəm. Bugünkü tədbirə məsul olan şəxslərdən biri kimi deməliyəm ki, hörmətli qonaqlarımızın cədvəli çox zəngindir, çalışmalıyıq ki, bu cədvələ riayət edək.
Keçən il Luiziana Ştatının qubernatoru Bobbi Cindalı dinləmək imkansız oldu və qəbulda iştirak edən hər bir qonaqlarımızla dost və həmkar kimi görüşmək fürsəti qazandıq. Biz tərəfdaşlıq, o cümlədən Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıq barədə fikirlərimizi bölüşdük, həmin əlaqələri iqtisadi, təhsil və mədəni sahələrdə inkişaf etdirməyin mümkünlüyünü müzakirə etdik. Ona görə də bu gün ABŞ-la Azərbaycan arasında həmin əlaqələri necə qurmaq və genişləndirmək yollarını axtarmaq üçün buradayıq.
Oklahoma ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinə görə qürur duyuram. Fürsətdən istifadə edərək bugünkü tədbirdə çox fəal iştirak edən, Oklahomadan gəlmiş nümayəndələrimizi sizə təqdim etmək istəyirəm. Oklahoma 2003-cü ildə Azərbaycanla hərbi tərəfdaşlıq əlaqəsi saxlayır, bu əlaqələr qubernator Brend Henrinin vaxtında qurulmuş, yeni qubernator Meri Fellin tərəfindən inkişaf etdirilmişdir. Bu bizim beynəlxalq əlaqələrdə çox mühüm bir vəsilədir.
Burada iştirak edən Oklahoma Milli Qvardiyası generalı Qlen Mur Oklahoma Milli Qvardiyasının aparıcı nümayəndəsidir. General-mayor Mayls Dering Oklahoma Ştatı generalının adyutantıdır, mayor Rustin Uon Oklahoma Milli Qvardiyası ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığa dair proqram direktorudur.
Qeyd etdiyim kimi bu tərəfdaşlıq 2003-cü ildə qurulmuşdur. 2007-ci ildə keçirilmiş hərbi tibb mübadiləsi proqramı ilk ABŞ-Azərbaycan ikitərəfli təlimi idi. Cari ilin fevral ayında Oklahoma qubernatoru Meri Fellin Azərbaycan və Türkiyə parlament üzvləri ilə görüşmüşdür. Görüşün məqsədi mədəniyyət, biznes və təıhsil mübadiləsinə yollar axtarmaqdır. Oklahomadan olan bizim konqresmen Dan Boren konqresmen Şusterlə birlikdə ABŞ-Azərbaycan qrupuna rəhbərlik edir. Ona görə ştat olaraq biz fəxr edirik ki, Azərbaycan ölkəmiz və ştatlarımız arasında mühüm strateji, iqtisadi, mədəni və təhsil əlaqələrinin yaradılmasına öz töhfəmizi veririk.