Sənaye

AppLab iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar keçirilib

9 Oktyabr 2018 15:22

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib.

Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

10 İyul 2018 13:42

İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini təyin olunub.

Qazaxda aqropark və sənaye müəssisələri yaradılır

12 Fevral 2018 14:56

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair bu ilin ilk işgüzar forumunu Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub.

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi islahatlar dönməz xarakter alıb”

14 Dekabr 2017 12:54

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında iştirak edib.

"Ərimi otaq yoldaşları öldürüb" - Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı

25 Sentyabr 2017 13:34

Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb. Bunu biznesmenin azərbaycanlı həyat yoldaşıAytəkin Mustafayeva bildirib. O, Ukrayna polisində izahat verərək ərinin cinayətə qurban getdiyini deyib. A.Mustafayeva qeyd edib ki, ərinə eyni evdə kirayə qalan otaq yoldaşları dərman veriblər: "Həmin dərmandan sonra həyat yoldaşım infarkt keçirib. Otaq yoldaşları onun cibindəki pulunu, telefonunu və digər dəyərli əşyalarını götürüblər. Mənim həyat yoldaşımı öldürüblər. O, mələk kimi insan idi. Heç kimi incitməzdi", - deyə qadın bildirib.

Qəbələdə Ümumdünya Gömrük Təşkilatının iclası keçirilib

18 Sentyabr 2017 15:24

Sentyabrın 18-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasa Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seulun məsul nümayəndəsi qatılıb. İclasın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hüquq-mühafizə fəaliyyəti çərçivəsində RILO-Moskva ilə əməkdaşlığın hər il inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Gömrük Xidmətinin RILO-Moskva ilə gömrük hüquqpozmalarına qarşı mübarizə, eləcə də təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.

Xəstəxanaya yerləşdirilən azərbaycanlı deputatdan XƏBƏR VAR - YENİLƏNİB

8 İyun 2017 17:19

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanadan verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.