Problem

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur - RƏSMİ

10 Oktyabr 2020 09:32

Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

Gecə ərzində gərgin döyüşlər davam edib - VİDEO

10 Oktyabr 2020 09:29

Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

Düşmən atəşi nəticəsində həlak olanların sayı AÇIQLANDI

9 Oktyabr 2020 12:14

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Ermənilərin Qarabağda dağıtdığı məscidlər - FOTO

9 Oktyabr 2020 11:57

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı.

Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Şahməmmədli kəndindən REPORTAJ - VİDEO - FOTO

9 Oktyabr 2020 11:03

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur.

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN

9 Oktyabr 2020 10:56

Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Füzuli raket və artilleriya atəşinə tutulub, 3 nəfər yaralanıb

9 Oktyabr 2020 10:53

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Cəbrayılda ermənilər tarixi abidələri dağıdıb, kənd təsərrüfatı ilə məşğul olublar - FOTO

9 Oktyabr 2020 10:18

"Azersky" peyki vasitəsilə əldə olunmuş təsvirdən məlum olur ki, 27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb

MN dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb

9 Oktyabr 2020 10:07

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO

9 Oktyabr 2020 09:59

Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Ermənistan ordusunun polkovnik-leytenantı məhv edildi

9 Oktyabr 2020 09:57

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.

Ermənilər kömək diləyir: canlı qüvvə və maliyyələri tükənib

8 Oktyabr 2020 16:15

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan dünyada yaşayan ermənilərə müraciət edib.