Nəqliyyat

Nəqliyyat vasitələrinin hərracında yüksək rəqabət müşahidə olunub

25 Sentyabr 2018 16:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib. Nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi ilə hərracda yüksək rəqabət müşahidə olunub.