Neft qaz

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

20 Sentyabr 2017 15:10

«…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.» Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı «İki sahil» qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir. «Əsrin müqaviləsi»ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb.

Azərbaycanın inkişafını şərtləndirən tarixi hadisə

20 Sentyabr 2017 11:27

Və yeni əsrdə yeni əməkdaşlıq imkanları Sentyabrın 20-i neft sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra tarixə düşən bu gün ümummilli lider Heydər Əiiyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti nəticəsində 1994-cü il, sentyabr ayının imzalanan həmin müqavilə Azərbaycanın inkişafını şərtləndirən başlıca amilə çevrildi. Bu gün Neftçilər Gününü qeyd edən Azərbaycan xalqı ikiqat bayram sevincini yaşayır desək yanılmarıq. Bunun isə başlıca səbəbi bir neçə gün əvvəl məhz “Əsrin müqaviləsi”nə bərabər bir sazişin, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə sənədin imzalanması oldu. İmzalanan saziş Azərbaycanla bərabər, Avropa üçün də mühüm əhəmiyyət kəsb etdiyindən dünya dövlətləri tərəfindən ona ciddi şəkildə maraq özünü ehtiva etdi.

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 18:50

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 mm-lik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar, sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilməsində fasilələr yaranacaq.

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

19 Sentyabr 2017 18:20

Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.  Gürcüstanın İctimai televiziyası xəbər verir ki, hadisə Gürcüstanda baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş bor

“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib

19 Sentyabr 2017 16:30

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “8 mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılmış, 28 svay vurulmuş, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.

Azərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır

19 Sentyabr 2017 15:26

Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb. 23 il bundan əvvəl, 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaratmışdır. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Azərbaycan regionda ən güclü və həlledici ölkədir

19 Sentyabr 2017 12:27

Bizimlə hesablaşır, mövqeyimizi qəbul edirlər Bakı şəhərində «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanmasından bir neçə gün keçsə də, lakin hələ də sözügedən sənədlə bağlı müəyyən müzakirələr aparılır, proqnozlar verilir. Təkcə yerli media deyil, eləcə də bir sıra Avropa kütləvi informasiya vasitələrində sazişindən əhəmiyyətindən danışılır, xüsusilə onun Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilir. Təsadüfi deyil ki, istər yerli, istərsə də beynəlxalq səviyyədə bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə eyni əhəmiyyətə malik hesab edilir. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki. Saziş «Əsrin müqaviləsi» ilə eyni əhəmiyyətə malikdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu Sazişi yeni əsrin müqaviləsi kimi səciyyələndirdi: “Müqavilənin uzadılması onu göstərir ki, xarici ölkələr və şirkətlər Azərbaycanı ciddi, etibarlı tərəf kimi qəbul edir. Bu amil onu sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir və ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədədir. Birinci müqavilədə neft ehtiyatları 500 milyon ton həcmində proqnozlaşdırılırdı və icra zamanı 436 milyon ton təşkil etdi.

Goranboyun Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açıldı

18 Sentyabr 2017 14:52

 Goranboy rayonu, Boluslu kəndi ərazisində ''SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 irit

Neftin qiymətinin yenidən aşağı düşəcəyi ehtimal olunandır

18 Sentyabr 2017 14:00

“Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 milyon barelə düşməsi və Harvey qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır. Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir”. Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazıllq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir: “Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon bareldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanı zamanını uzatmaqla bağlı artıq indidən danışıqlara başlayıb.

Sabah bu rayonlarda qaz olmayacaq

14 Fevral 2017 20:46

Bu ərazilərdə qaz olmayacaq

4 Fevral 2017 15:52