Müsahibə

Lev Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi"

13 Mart 2018 16:27

Atam əslən yəhudidir, Bakıda anadan olub. Ana nənəm Aleksandra Lev Tolstoyun nəticəsi, Konstantin Stanislavskinin nəvəsidir. Anamla atam Bakıda tanış olublar, bir-birilərini seviblər. Atamın ailəsində qədim köklərə söykənən bir ənənə mövcud idi. Uşaqlar hələ böyüməmiş onların kiminlə evlənəcəkləri məlum idi. Mənim atamın da deyiklisi var idi. Lakin anama olan məhəbbətindən ailəsinə qarşı çıxaraq onunla ailə qurur. Valideynlərim bugünədək xoşbəxt yaşayırlar.

İlahə İbadova: “Ərimi yox, başqasını sevirdim”

6 Mart 2018 12:49

Düşünürəm ki, bəli. Çünki mənim uşaqlıqdan bu sahəyə böyük marağım olub. Yaxşı yadımdadır, hələ uşaq ikən hind mahnılarını çox sevirdim. Hətta alnıma bir xal qoyub, əlimə daraq götürüb həmin mahnıları ifa edirdim. Ümumiyyətlə, mən hiss edirdim ki, haçansa tanınacağam. Bizim nəslimizdə ali savadlı insanlar çoxdur. Özüm də ziyalı ailəsindən olduğum üçün valideynlərim məni həkim görmək istəyirdi, lakin mən bu sənəti seçdim. Bir sözlə, görünür ki, mən məhz səhnə üçün doğulmuşam.

Ayaz Mütəllibov: "Xocalını çəkməyi Çingizə mən tapşırdım"

23 Fevral 2018 12:24

Xocalıda həlak olan insanlarımızın ailələrinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir, Allahdan onlara, cəmi şəhidlərimizə, günahsız yerə qətlə yetirilmiş insanlarımıza rəhmət diləyirəm.

İlkin Həsəni “Bir xalanın SİRRİ”Nİ AÇDI: “Evlənənə kimi biz də...”

22 Fevral 2018 15:02

Bir neçə gündən sonra tamaşaçılarını “Bir xalanın sirri” adlı komediya filmi ilə sevindirməyə hazırlaşan aparıcı və aktyor İlkin Həsəni ekran işi haqqında fikirlərini bizimlə bölüşüb.

Vüqar Rəhimzadə: “Prezident seçkiləri mətbuatın ana xəttini təşkil edəcək”

20 Fevral 2018 16:18

Təbii ki, hər bir vətəndaşın üzərinə kifayət qədər məsuliyyət və öhdəlik düşür. Hər bir vətəndaşın borcudur ki, seçkilərdə fəallıq nümayiş etdirsin, aktiv şəkildə seçkilərdə iştirak etsin və öz seçimini etsin, mövqeyini ortaya qoysun. Mətbuatın da burada rolu kifayət qədər böyükdür. Mətbuat həm təbliğat, təşviqat vasitəsil olmaqla yanaşı, həm də ictimai şüura müəyyən mənada təsir göstərən bir vasitədir.

"Yeganə müğənniyəm, İlhamə xanımın sağlığında tac taxmışam"

20 Fevral 2018 11:31

Müğənni Elnarə Xəlilova özünü "üçtaclı primadonna" adlandırıb.   "ATV Maqazin onlarla" verilişinə danışan ifaçı şou-biznesdə tac mübahisəsinə son qoymaq istədiyini deyib:  "Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin.