Müsahibə

Tahir İmanovdan QALMAQALLI SÖZLƏR: “Talıb taleləri, üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

13 Aprel 2018 11:54

Hər ilin aprelində tamaşaçıları başına cəm edən KVN-çilər bu dəfə də ənənələrinə sadiq qalıblar. Belə ki, Heydər Əliyev Sarayında “Planet “Parni iz Baku”nun “Nataşa, tı prişol?” adlı dördgünlük solo konsertinə sayılı günlər qalıb.

Eldəniz Məmmədov: "İslam Rzayev həyat yoldaşına xoş getsin deyə, Xatirə barədə o sözü demişdi"

12 Aprel 2018 13:54

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində "Buta" instrumental ansamblı ilə iki gün solo konsert verdim. Doğrudan da çox yaxşı konsert keçdi. Böyük bəstəkarlarımızın əsərlərini oxudum. İki günə cəmi 40-50 nəfərə dəvətnamə verilmişdi, qalanı real tamaşaçılar, dinləyicilər idi. Hələ nə qədər insan da bilet qurtardığına görə bayırda qaldı. Növbəti konsertimiz Sumqayıtda nəzərdə tutulub, hazırda danışıqlar gedir. Mayın ortasında olmalıdır. Gəncədə, digər bölgələrdə, Naxçıvan Muxtar Respublikasında da konsert vermək planımızdadır. Bundan başqa yeni mahnılar yazdırıram.

Professor Aygün Attar: “Xalqda bir seçki həyəcanı var”

10 Aprel 2018 11:44

Əlbəttə, Türkiyə ictimaiyyəti Azərbaycandakı seçkilərlə yaxından maraqlanır. Aydın məsələdir ki, Türkiyə və Azərbaycan “bir millət iki dövlət” prinsipini sözdə deyil, əməldə yaşadır. Ona görə də Azərbaycandakı seçkilərə Türkiyə laqeyd qala bilməz.

Azərbaycan dövlət siyasətində insan amilinə yüksək dəyər verilir

9 Aprel 2018 14:06

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasında həyata keçirilən hüquqi islahatlar əhəmiyyətli rol oynayıb. Sirr deyil ki, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü vətəndaşların fundamental hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Etiraf edilməlidir ki, Azərbaycanda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və görülən işlər hazırda öz müsbət nəticəsini verməkdədir. Müsahibimiz vəkil Rövşən Qasımovdur.

AAK prezidenti: “Söyüşcül qrupların fəaliyyəti hətta Avropadakı müxalif baxışlı insanlar tərəfindən qəbul olunmur”

9 Aprel 2018 12:04

Əvvəlcə onu deyim ki, Azərbaycanda son dövrlər baş verən pozitiv dəyişikliklər, dövlətin xarici siyasəti, xüsusilə Dağlıq Qarabağməsələsi ilə bağlı ötən ilin noyabr ayında Avropa İttifaqı ilə əməkdaşlıqda qazandığı nailiyyətlər biz qitə azərbaycanlılarının tarixi vətənimizə qarşı rəğbətini daha da artırır. Buna son dövrdə Azərbaycan və Avropa İttifaqının daha da yaxınlaşması da təsir edir. Təbii ki, bunun fonunda aprelin 11-də Azərbaycanda baş tutacaq prezident seçkiləri kimi həlledici siyasi prosesə azərbaycanlıların münasibəti proqressivdir.

Yeganə: "Hacı seyfdən pul çıxarıb verdi ki, get, m aşını dəyiş"

8 Aprel 2018 10:48

İllər öncə oxuduğum "Taleyim" mahnısını yeni formada aranjeman etdirmişəm. Düzdür, bu mahnı remiks formada oxunub. Ancaq mahnının bəstəkarı Natiq Şuşalı bir həftə öncə vəfat etdi. Bu ifamı onun xatirəsinə ithaf edirəm. Mahnının yazılmasından təxminən iyirmi il ötsə də, bu gün də sevilir. Ondan sonra təsniflər, muğam, bəstəkar mahnıları oxudum. İndi də bu mahnıyla tanınıram.

Ölkədə normal seçki mühiti varmı?

5 Aprel 2018 13:50

Prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədə siyasi həyəcan da artır. Hər kəs səbirsizliklə 11 aprel tarixini, səsvermə məntəqələrinə gedərək öz vətəndaşlıq hüququndan istifadə etmə anını gözləyir. Seçkiöncəsi ölkədəki ictimai-siyasi mühit, namizədlərə yaradılan şəraitlə bağlı aparılan dəyərləndirmələr 11 aprel seçkilərinin azad və demokratik şəkildə baş tutacağına əminlik yaradır. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Politoloq “OLAYLAR”-a verdiyi müsahibədə son vaxtlar Azərbaycana qarşı başlanan çirkin kampaniya və onun qarşısının alınması istiqamətində atılması vacib olan addımlardan da danışıb. Ramiz Alıyev radikal müxalif düşərgənin seçki öncəsi ölkədə xaos, anarxiya yaratmaq cəhdlərini də pisləyib.

Vasif Məhərrəmli AİLƏ SİRRİNİ AÇDI: “Buna görə evdə dava sala bilərəm”

5 Aprel 2018 11:59

Çox sərt, mühafizəkar görünür, amma dediyinə görə, evdə çox mülayimdir. Lakin qaydalarını söylədikcə, heç də mülayim olmadığı üzə çıxdı. Natəmizliyi heç sevməyən müğənni büna görə evdə dava da sala biləcəyini gizlətmədi. Amma evdəkilər də işini ehtiyatlı tutub...

"15 ildə qazanılmış uğurlar İlham Əliyevi prezident seçkilərinin favoriti edib"

3 Aprel 2018 12:21

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da prezident seçkiləri ölkənin gələcək taleyinə təsir edən mühüm hadisədir. Prezidentliyə namizədlərin qanunla nəzərdə tutulmuş müxtəlif vasitələrlə təbliğat-təşviqat aparması seçkini ən maraqlı mərhələlərindəndir. Seçkilərdə qeydiyyata alınmış 8 namizəd iştirak edir. İctimai Televiziyada onlar üçün pulsuz efir vaxtı ayrılıb. Bu bütün seçiciləri əhatə edəcək təbliğat-təşviqat aparmağa imkan verir.