İKT
Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib
Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib
HİV-in müalicəsi üçün dərialtı implant həbləri əvəzləyəcək
HİV-in müalicəsi üçün dərialtı implant həbləri əvəzləyəcək
Müdafiə texnologiyaları ilə bağlı məxfi məlumatlar oğurlanıb
Müdafiə texnologiyaları ilə bağlı məxfi məlumatlar oğurlanıb
Feysbuk sınağa başladı: “Layk”lar silinir...
Feysbuk sınağa başladı: “Layk”lar silinir...
ABŞ elektron ticarət məhsullarının çatdırılma xərclərinin artırılmasını tələb etdi
145 illik tarixi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Üçüncü Fövqəladə Konqresi İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırıb. Konqres Türkiyənin Poçt və Teleqraf Təşkilatının Baş direktoru, UPİ-nin İnzibati Şurasının sədri Kenan Bozgeyikin sədrliyi ilə baş tutub.
Təxminən 1 milyard qurğu bu sistemin idarəetməsi altında işləyir
“Windows 10” sisteminin idarəetməsi altında işləyən cihazların sayı 900 milyonu ötüb. Bu haqda “Twitter”də “Microsoft”un vitse-prezidenti Yusif Mehdi məlumat verib. Onun sözlərinə görə, son 12 ayda “Microsoft”un əməliyyat sistemi ilə işləyən cihazların sayı xeyli artıb. Cari ilin mayında bu göstərici 825 milyon təşkil edib.
“Instagram” hesabına müdaxilə üçün yeni üsul aşkarlanıb
Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “Instagram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar. Bu barədə şirkətin saytında deyilir. Mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.
Çin orbitə yeni elmi tədqiqat peyki çıxarıb
Çin özünün “Yunhai-1 02" adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb. Peykin buraxılışı sentyabrın 25-də Ciuçüən kosmodromundan baş tutub. Peyki orbitə “Long March-D” raketdaşıyıcısı aparıb. Bu, "Long March" nəslindən olan raketdaşıyıcıların 313-cü buraxılışıdır.
Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib
WhatsApp bu telefonlarda işləməyəcək
WhatsApp mobil tətbiqetməsi 2020-ci ildən etibarən Windows Phone və iOS 8 istifadə edən telefonları dəstəkləməyəcək.
“iPhone” əməliyyat sistemində kritik boşluq aşkar edilib
"Apple" şirkətinin yeni "iOS 13" sistemi təhlükə altındadır. Bu informasiya şirkətin rəsmi saytında dərc edilib. Kənar klaviaturanın köməyi ilə "iPhone" və "iPadOS" sistemlərinə tam müdaxilə etmək mümkündür.
240 herslik ekranla təchiz edilən ilk smartfon nümayiş olunub
"Sharp" şirkəti dünyada ilk dəfə 240 herslik yenilənmə tezliyinə malik ekranla təchiz edilən qabaqcıl "Aquos Zero 2" smartfonunu nümayiş etdirib. Yeni qurğu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü, quraşdırılmış barmaq izi skaneri və smartfonlar üçün rekord hesab edilən 240 herslik yenilənmə tezlikli 6,4 düym diaqonallı "OLED" ekranla təchiz olunub. İstehsalçı nümayəndələri qurğunun istifadəçi barmaqlarının toxunuşuna minimal reaksiya vaxtını təmin edəcək sensor panelinin çağırışa rekord sürətlə cavab verməsini xüsusilə qeyd edirlər.
Yeni casus proqramı aşkarlanıb
Rusiyanın "Kasperski laboratoriyası" antivirus şirkəti "Lazarus" kiberqruplaşması tərəfindən yaradılan "Dtrack" adlı casus proqram aşkarlayıb.
Operativ yaddaş tutumu məhdud smartfonlar üçün “Android 10” sistemi təqdim olunub
“Google” şirkəti operativ yaddaş tutumu 1,5 giqabayt təşkil edən ilkin səviyyəli smartfonlar üçün “Android 10” (Go Edition) əməliyyat sistemini təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, proqramların işə salınması zamanı “Android” sisteminin yeni “Go” versiyasının sürəti ötənilki versiya ilə müqayisədə 10 faiz artırılıb. Daha bir yenilik məhdud sistem resurslarına malik ucuz qurğulara məhsuldarlığa ziyan vurmadan məlumatları şifrləməyə imkan verən “Adiantum” texnologiyasından istifadədən ibarətdir.
“iPadOS” sistemi “Apple” planşetlərini kompüterə yaxınlaşdıracaq
“iPadOS” sistemi “Apple” planşetlərini kompüterə yaxınlaşdıracaq

.jpg)
.jpg)











.jpg)