Energetika
Energetika Nazirliyi icazələri "ASAN Xidmət"ə həvalə olunub
Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.
Energetika naziri əfqanıstanlı həmkarı ilə görüşüb
Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin III görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla OPEC Konfransının prezidenti və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl Falih arasında görüş keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə neft hasilatının azaldılmasına dair sazişin nəticələri, neft bazarında mövcud vəziyyət, eləcə də Azərbaycanla OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
“Dədə Qorqud” parkı da “Pulsuz Wi-Fi”-la təmin olundu
“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə etdi. Bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər. Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.



