Türkiyədə ölümlərin 40 faizi ürək-damar xəstəliklərinə görədir
22 May 2013 19:19 Dünya"2015-ci ildə dünyada 20 milyon, 2030-cu ildə isə təqribən 23,6 milyon nəfər ürək-damar xəstəliklərindən öləcək". "Türkiyədə ölüm hallarının 40 faizi ürək-damar xəstəlikləri nəticəsində baş verir". Trend-in "Zaman" onlayn-qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Kardioloqlar Cəmiyyətinin hesabatına bildirilir.
Hesabata görə, Türkiyədə hər il təqribən 207 min nəfər ürək-damar xəstəliklərindən vəfat edir: "Mütəxəssislərin hesablamalarına görə, 2015-ci ildə dünyada 20 milyon, 2030-cu ildə isə təqribən 23,6 milyon nəfər ürək-damar xəstəliklərindən öləcək".
Qəzetin məlumatına görə, Türkiyədə ürək-damar xəstəlikləri riskinin azaldılması istiqamətində xüsusi proqramlar hazırlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31