Uşaqlar neçə yaşında gün eynəyi taxa bilər?

Türkiyə mətbuatına istinadən Publika.Az xəbər verir ki, 2 yaşından etibarən uşaqlar gün eynəyi taxa bilər. Türkiyənin Göz Xəstəlikləri üzrə professor və həkimi Ayşe Yağcı, günəş eynəyinin həm ultrabənövşəyi şüalarından, həm də istinin allergik təsirlərindən gözləri qorduğunu deyib. "Təkcə yetkinlik yaşına çatmış insanlar deyil, 2 yaşından etibarən uşaqlar da gün eynəyi taxmalıdır". O, amtosferdə olan dəyişikliklərlə ultrabənövşəyi A və B şüalarının yerə daha yaxınlaşmağa başladığını və qarşısı alınmasa, dəri xərçəngi yarana biləcəyini bildirib. Bu şüalar gözlərə də mənfi təsir edir.
Qışda da istifadə edilməlidir
Ultrabənövşəyi şüalar görmə ilə bağlı narahatlıqlar yarada bilər. Buna görə də gün eynəyini ancaq isti havalarda deyil, soyuq havalarda da taxmaq lazımdır. Ultrabənövşəyi şüalardan qorunmaq üçün mütləq kiçik yaşlarından eynək taxılmalıdır. publika.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31