Dünyada ilk dəfə: süni yemək çap olundu
Deyəsən, məşhur Star Trek serialındakı populyar səhnələrdən biri reallığa çevrilir
22 May 2013 19:46 DünyaHəmin səhnədə astronavt "qida sintezator"u vasitəsilə replikator yemək hazırlayırdı. Milli.Az Mail Online-a istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) laboratoriyalarında dünyada ilk dəfə süni yemək çap olunub. Süni yemək 3D printerin kartriclərindəki karbohidrogenlər və protein tozlarından alınıb. Xüsusi qida əlavələri və dəniz yosunları isə insan orqanizminin əsas zülal mənbəyi olan ətlə tərəvəzi əvəzləyib. Systems & Materials Research Corporation (SMRC) şirkətinin istehsalı olan 125 min dollarlıq 3D printer vasitəsilə FoodPrinting proqramının icrasına başlanıb. Printer kartricləri vasitəsilə süni yeməklər hazırlayır. NASA ekspertlərinin fikrincə, bu minvalla Yeri gözləyən ərzaq qıtlığı problemini effektiv şəkildə həll etmək olar. Milli.Az