İrandan “həll dövrü” açıqlaması
22 May 2013 18:46 Dünya"Olaylar" İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın "həll dövrü"ndə xaricə çıxmasına İran tərəfindən reaksiya gəlib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı "PKK üzvlərinin Türkiyədən Şimali İraqa çəkilməsi məsələsində Ankara ilə PKK arasında bağlanan anlaşmaya görə Tehran və Bağdaddan razılıq alınmalı idi" deyə açıqlama bildirib. Verilən məlumata görə, Əraqçı Tehranın PKK-nın Şimali İraqa çəkilməsini yaxından izlədiyini vurğulayaraq qeyd edib ki, "Sərhəddə hər hansı bir hərəkətlər olarsa kəsinliklə İran və İraq hökumətlərindən də razılıq alınmalıdır". İranın Xarici İşlər Nazirliyinin sözçüsü İraqın ərazi bötüvlüyünü dəstəklədiklərini bildirərək "PKK-nın çəkilməsi məsələsində yalnız İraqın Kürdüstan ərazisinin icazəi alınıb, Bağdad hökumətindən razılıq alınmayıb".